Bank Of Baku

Yol-nəqliyyat hadisələrində iki nəfər ölüb

Yol-nəqliyyat hadisələrində iki nəfər ölüb
# 18 yanvar 2008 11:23 (UTC +04:00)
Nizami rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini Vəliyəddin Qasımov idarə etdiyi “Mercedes” markalı maşınla Qara Qarayev prospektində 45-50 yaşlı kişini vurub. Həmin şəxs hadisə yerində ölüb. Quba şəhərində isə Digah kənd sakini Əkrəm Səfərov idarə etdiyi “Kamaz-5511” markalı avtomobillə Alekseyevka kənd sakini Raya Əliyevanı vurub. Nəticədə R.Əliyeva yerləşdirildiyi xəstəxanada ölüb. Hər iki faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR