Bank Of Baku

Azərbaycan paytaxtında bir ailənin üç üzvü dəm qazından zəhərlənib

Azərbaycan paytaxtında bir ailənin üç üzvü dəm qazından zəhərlənib
# 24 yanvar 2008 09:19 (UTC +04:00)
Suraxanı rayon ərazisində bir ailənin üç üzvü dəm qazından zəhərlənib. Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsindən APA-ya verilən məlumata görə, xəsarət alanlar 6, 14 və 15 yaşında uşaqlardır. Onlar Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə aparılıblar.
Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsindən APA-ya verilən məlumata görə, yanvarın 23-də axşam saatlarında bir ailənin üç üzvü dəm qazından boğulma diaqnozu ilə mərkəzə daxil olub. Günay, Günel Quliyevalar və ailənin adı qeydiyyat dəftərinə salınmayan daha bir üzvünün vəziyyəti yüngül olduğundan, həkim məsləhəti aldıqdan sonra evə buraxılıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR