Bank Of Baku

Balakəndə baş vermiş yanğın nəticəsində bir nəfər ölüb

Balakəndə baş vermiş yanğın nəticəsində bir nəfər ölüb
# 18 fevral 2008 10:25 (UTC +04:00)
Balakən. Hafiz Heydərov-APA. Balakən rayonunda ölümlə nəticələnən yanğın hadisəsi qeydə alınıb. Balakən Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Hənifə kəndində kənd sakini Fikrət Musayevə məxsus tövlədə olub. Yanğını qarşısını almaq istəyən ev sahibi F. Musayev aldığı yanıq xəsarətindən hadisə yerində keçinib. Bundan başqa, yanğın nəticəsində ərazisi 130 kv.m olan tövlə və içərisindəki 4 ton tamam yanıb. İlkin ehtimala görə, yanğınına tövlənin yaxınlığından keçən elektrik xəttində baş vermiş qısa qapanma səbəb olub. Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR