Bank Of Baku

Gəncədə daha bir cinayətkar dəstə zərərsizləşdirilib

Gəncədə daha bir cinayətkar dəstə zərərsizləşdirilib
# 19 fevral 2008 09:46 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncə Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində oğurluqla məşğul olan daha bir dəstə tutularaq cinayət məsuliyyətinə cəlb edilib. Gəncə RPŞ-dən APA-nın Qərb bürosuna verilən məlumata görə, fevralın 15-də gecə saatlarında 1984-cü il təvəllüdlü Zaur Abdullayev, 1979-cu il təvəllüdlü Vüqar Pirverdiyev və 1984-cü il təvəllüdlü Elşən Hacıyev sonuncunun gözətçi işlədiyi “Yüksək Gərginlikli Elektrik Şəbəkəsi Məhdud Məsuliyyətli Cəmiyyətin”in həyətindən təxminən 400-500 kiloqram metal hissədən ibarət olan elektrik naqillərinin qoruyucu hissələrini oğurlayarkən yaxalanıblar. Saxlanan şəxslər barədə Gəncə ŞPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR