Bank Of Baku

Balakən rayonu ərazisində küllü miqdarda silah-sursat aşkarlanıb

Balakən rayonu ərazisində küllü miqdarda silah-sursat aşkarlanıb
# 19 fevral 2008 10:23 (UTC +04:00)
Balakən. Hafiz Heydərov-APA. Balakən rayonu ərazisində küllü miqdarda silah-sursat tapılıb. Balakən rayon Polis Şöbəsinin rəisi Cəlil Mehmanovun APA-nın Şəki-Zaqatala bürosuna bildirib ki, ötən gün rayonun Şərifli kəndi ərazisində yerli sakinlər tərəfindən aşkarlanmış 1 ədəd “AK” markalı avtomat və 2 ədəd əl qumbarası polis bölməsinə təhvil verilib. Bundan başqa polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində rayon ərazisində 200 ədəd müxtəlif çaplı patron, 3 ədəd güllə darağı və 1 ədəd tüstüverici şaşka aşkarlanıb. Götürülən silah-sursat Daxili İşlər Nazirliyinə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR