Bank Of Baku

Gəncə oğurluqla məşğul olan daha bir cinayətkar dəstə zərərsizləşdirilib

Gəncə oğurluqla məşğul olan daha bir cinayətkar dəstə zərərsizləşdirilib
# 20 fevral 2008 07:22 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Fevralın 18-dən 19-na keçən gecə Gəncə şəhər sakini Şərifov Elşad Vaqif oğluna məxsus VAZ 2106 markalı 10-UD-813 dövlət nömrə nişanlı avtomobil onun yaşadığı Aydinbəyov küçəsi, 61 saylı binanın qarşısından oğurlanıb. Kəpəz rayon Polis İdarəsinin rəisi Elçin Qasımovun APA-nın Qərb bürosuna verdiyi məlumata görə, keçirilən axtarış-əməliyyat tədbirləri nəticəsində oğurlanan avtomobilə məxsus maqnitofon, səsgücləndirici qurğular və qabaq hissə sökülmüş vəziyyətdə Sevinc qəsəbəsində tapılıb. Əməliyyat tədbirlərini davam etdirən polis isti izlərlə avtomobili qaçırmış Gəncə şəhər sakinləri - 1982-ci il təvəllüdlü Şabanov Mətləb Zakir oğlunu, 1981-ci il təvəllüdlü Heydərov İlkin Yunis oğlunu və 1989-cu il təvəlüdlü Mehdiyev Nicat İlham oğlunu həbs ediblər. İlkin istintaq zamanı bu şəxslər Gəncə şəhər 18 saylı Poçt Şöbəsindən bir ədəd komputer dəsti, və bir ədəd elektron tərəzi dəsti oğurladıqlarını etiraf ediblər. Avtomobil oğrularından İlkin Heydərov və Nicat Mehdiyev şəhər sakini İbrahimov Tariel Hafiz oğlunun mobil telefonunu zorla əlindən aldıqlarını da bildiriblər. Onlar avtomobili borclarını ödəmək üçün oğurladıqlarını deyiblər. Qeyd edək ki, saxlanan şəxslərdən Şabanov Mətləb Zakir oğlu əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsi ilə məhkum olub. Hazırda saxlanan dəstənin başqa cinayətlərdə əlinin olub-olmadığı aydınlaşdırılır. Elçin Qasımov dindirmə prosesi başa çatdıqdan sonra bu şəxslərin Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq) maddəsi ilə cinayət məsuliyyətinə cəlb ediləcəyini bildirib. Qeyd edək ki, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının son bir ayda keçirdikləri əməliyyatlar nəticəsində 5 cinayətkar qrup yaxalanıb və qrup şəklində cinayət törədən 15 nəfər məsuliyyətə cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR