Bank Of Baku

Hava şəraiti ilə əlaqədar Lerik və Yardımlı rayonlarına elektrik enerjisinin verilməsində ciddi problem yaranıb

Hava şəraiti ilə əlaqədar Lerik və Yardımlı rayonlarına elektrik enerjisinin verilməsində ciddi problem yaranıb
# 20 fevral 2008 07:40 (UTC +04:00)
Lerik-Yardımlı. Ağaddin Babayev-APA. Fevralın 19-da axşam saatlarında başlayan güclü külək Lerik rayonuna elektrik enerjisinin verilməsində ciddi problem yaradıb. Rayon Paylayıcı Elektrik Şəbəkəsinin (RPEŞ) direktoru Aydın Məmmədovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, külək çoxlu sayda elektrik dirəyini aşırıb, nəticədə naqillər sıradan çıxıb. Hazırda rayon mərkəzi istisna olmaqla, Lerikin bütün yaşayış məntəqələri işıqsız qalıb. Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini, fövqəladə hallar komissiyasının sədri Habil Məlikov isə bildirib ki, təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün bütün imkanlar səfərbər olunub, dəymiş ziyanın miqdarı araşdırılır. Güclü külək Yardımlıda da elektrik və rabitə sahəsində ciddi problem yaradıb. RİH başçısının I müavini, fövqəladə hallar komissiyasının sədri Etibar Fərruxov APA-nın yerli bürosuna bildirib ki, hazırda güclü külək davam edir, rayonun böyük hissəsi işıqsız qalıb. Onun sözlərinə görə, problemin aradan qaldırılması üçün tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR