Bank Of Baku

Babək rayonunda dörd nəfərin yaralanması ilə nəticələnən yanğın baş verib

Babək rayonunda dörd nəfərin yaralanması ilə nəticələnən yanğın baş verib
# 20 fevral 2008 10:52 (UTC +04:00)
Babək-APA. Fevralın 19-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində dörd nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi qeydə alınıb. APA-nın məlumatına görə, kənd sakini Vəli Məmmədova məxsus 1 mərtəbəli 3 otaqlı evdə təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə nəticəsində evin tavanı dağılıb, 1 otağın yanar konstruksiyaları və içindəki əşyalar yanıb. Yanıq xəsarəti almış V. Məmmədov, onun həyat yoldaşı Kifayət Məmmədova, övladları Seymur və Sahil Məmmədovlar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR