Bank Of Baku

Bakı sakini kanalizasiya quyusuna düşərək həlak olub

Bakı sakini kanalizasiya quyusuna düşərək həlak olub
# 20 fevral 2008 11:26 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Fevralın 19-da Suraxanı rayonu ərazisində naməlum kişi meyiti tapılıb. Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalar nəticəsində tapılan meyitin kimliyi müəyyənləşdirilib. Mərhum Qaraçuxur qəsəbə sakini, 1955-ci il təvəllüdlü Məmmədqulu Musa oğlu İsmayılovdur. Məlum olub ki, M. İsmayılovun ölümünə səbəb kanalizasiya quyusuna düşməsi nəticəsində aldığı xəsarətlər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR