Bank Of Baku

Xaçmazda bıçaqlanma hadisəsi baş verib

Xaçmazda bıçaqlanma hadisəsi baş verib
# 21 fevral 2008 09:51 (UTC +04:00)
Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. Xaçmaz rayon Polis Şöbəsindən APA-nın Şimal bürosuna verilən məlumata görə, hadisə Yalama kəndində, 33 yaşlı Səbinə Canmirzəyevanın kirayədə qaldığı evdə baş verib. Səbinə Xudat sakinləri Samir İsgəndərov və Milanə Aslanova ilə birlikdə içki məclisi təşkil edib. Sərxoş Samir Milanədən onunla cinsi əlaqədə olmağı tələb etdiyinə görə, onlar arasında mübahisə baş verib. Səbinə vəziyyəti sakitləşdirmək üçün Müqtədir kənd sakini Stanislav Staçistenkonu evə çağırıb. Bu zaman Samir İsgəndərov evin şüşələrini sındırmağa başladığını görən Səbinə Canmirzəyeva stolun üstündəki bıçaqla ona bir neçə zərbə endirib. Yaralı Xudat şəhər xəstəxanasına çatdırılıb və ilkin yardımdan sonra evə buraxılıb. Yalama polis bölməsinin əməkdaşları Səbinə Canmirzəyeva, Milanə Aslanova və Stanislav Staçistenkonu faktla bağlı saxlayıblar. Hazırda Xaçmaz rayon Polis Şöbəsində baş vermiş hadisə ilə əlaqədar təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR