Bank Of Baku

Milli Parkda naməlum şəxs özünü dənizə atıb

Milli Parkda naməlum şəxs özünü dənizə atıb
# 22 fevral 2008 09:59 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gecə saat 03.00 radələrində Milli Parkda naməlum şəxs özünü Xəzər dənizinə ataraq intihar edib. Səbayel rayon prokurorunun müavini Elçin Sultanov APA-ya bildirib ki, bu barədə Səbayel rayon Polis İdarəsinin 39-cu polis bölməsinə məlumat verilib. Hadisə yerinə gələn bölmənin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupu dərhal axtarışa başlayıb. Hələlik axtarışlar nəticə verməyib, xilasetmə işləri davam etdirilir. Prokuror müavinin sözlərinə görə, intihar faktının baş verib-vermədiyi hələlik müəyyənləşdirilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR