Bank Of Baku

AMİP Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı təkliflərini açıqlayıb

AMİP Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı təkliflərini açıqlayıb
# 22 fevral 2008 10:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı təkliflərini açıqlayıb. APA-nın məlumatına görə, bu gün keçirilən mətbuat konfransında AMİP-in Mərkəzi İntizam Komissiyasının sədri Aydın Əliyev partiyanın seçki dairələrinin formalaşdırılmasının konkret inzibati ərazi bölgüsünə və həmin inzibati ərizədə qeydiyyatda olan vətəndaşların sayına uyğunlaşdırılması, Milli Məclisə proporsional seçki sisteminin bərpa olunması, parlament üzvlərini sayının 150-yə çatdırılması və onların hamısının proporsional sistemlə seçilməsi, parlament seçkilərində qalib gələn partiya və ya seçki blokunun prezidentlə məsləhətləşmədən sonra koalision hökumətdə iştirakı təkliflərinin irəli sürdüyünü bildirib. Təkliflərdə, həmçinin hökumətin tərkibinin parlamentdə təsdiq edilməsi, hökumətin parlament qarşısında hesabatlı olması, icra hakimiyyətlərinin bir çox səlahiyyətinin bələdiyyələrə verilməsi və Bakı şəhər bələdiyyəsinin yaradılması üçün əsas qanunda dəyişikliyin edilməsi məqsədəuyğun sayılır. A. Əliyevin sözlərinə görə, bu dəyişikliklərin həyata keçirilməsi üçün may-iyun aylarında referendum keçirilməsinə ehtiyac var. O, təkliflərin aidiyyəti dövlət qurumlarına təqdim olunacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR