Bank Of Baku

Şəkidə üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Şəkidə üç nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 22 fevral 2008 16:39 (UTC +04:00)
Şəki. Hafiz Heydərov-APA. Şəkidə baş vermiş yol-nəqliyyat hadisəsində üç nəfər həlak olub. Şəki rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna bildirilib ki, hadisə saat 18:00 radələrində şəhərin M. Axundov küçəsində baş verib. Yüksək sürətlə hərəkət edən “VAZ-2107” markalı, 10-XF-047 dövlət nömrə nişanlı maşın 1993-cü il təvəllüdlü, əmi qızları Türkan və Gülnar Abbasova və 1986-cı il təvəllüdlü Günel Rəfiyevanı vuraraq hadisə yerindən qaçıb. Qəza nəticəsində Türkan və Gülnar Abbasova hadisə yerində ölüblər, ağır yaralanmış G. Rəfiyeva çatdırıldığı rayon Mərkəzi Xəstəxanasında keçinib. Sürücünün kimliyi barədə açıqlama verilmir. Faktla bağlı Şəki RPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR