Bank Of Baku

Bakının rayonlarının birində ağır bədən xəsarətləri ilə yol kənarından tapılmış şəxs ölüb

Bakının rayonlarının birində ağır bədən xəsarətləri ilə yol kənarından tapılmış şəxs ölüb
# 23 fevral 2008 08:58 (UTC +04:00)
Bakı. Şəhriyar Əliyev - APA. Dünən axşam saatlarında Suraxanı rayonun Qaraçuxur qəsəbəsində yolun kənarından naməlum şəraitdə ağır bədən xəsarətləri almış bir nəfər tapılıb. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yol kənarından keçən insanlar tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılan həmin şəxsin həyatını qurtarmaq mümkün olmayıb. Polisdən bildirilib ki, araşdırmalar zamanı bu şəxsin Bakı şəhər sakini İsa İsmayılov olduğu müəyyənləşib. Faktla bağlı cinayət işi açılıb, insidentin səbəbləri ilə bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR