Bank Of Baku

Ağır yol-nəqliyyat hadisəsi törədən sürücü özü bu barədə polisi məlumatlandırıb

Ağır yol-nəqliyyat hadisəsi törədən sürücü özü bu barədə polisi məlumatlandırıb
# 23 fevral 2008 09:00 (UTC +04:00)
Bərdə. Teymur Quliyev-APA. Fevralın 22-də saat 22.00 radələrində Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bərdə şəhər Nizami küçəsi ev 27 ünvanında yaşayan, 1974-cü il təvəllüdlü Bahadur Hümbət oğlu Abdullayev idarə etdiyi 09 BH 264 nömrə nişanlı “OKA” markalı maşınla Yevlax-Ağdam yolunun 25-ci kilometrliyində qəza törədib. O, yolu keçmək istəyən piyada, Xocalı şəhərindən olan məcburi köçkün, 54 yaşlı İnfera Hətəm qızı Qocayevanı vurub. Piyada hadisə yerindəcə keçinib. Sürücü piyadanın öldüyünü bildikdən sonra özü Bərdə rayon Polis Şöbəsinə gedərək, törətdiyi hadisə barədə məlumat verib.
Bərdə RPŞ-nin istintaq bölməsinin rəisi Ceyhun Axundovun APA-ya verdiyi məlumata görə, piyada hadisə yerində keçinib. Amma sürücü onu yoldan keçən bir nəfər polis əməkdaşının köməyi ilə xəstəxanaya aparıb. Oradan isə özü polisə gəlib. Faktla bağlı Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR