Bank Of Baku

“Azərsun Holdinq”in təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş film festivalı başlayıb

“Azərsun Holdinq”in təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş film festivalı başlayıb
# 23 fevral 2008 11:16 (UTC +04:00)
Bakı. Fərid Əkbərov APA. Bu gün “Azərsun Holdinq” Şirkətlər Qrupunun təşkilatçılığı ilə Xocalı soyqırımının 16-cı ildönümünə həsr olunmuş film festivalı başlayıb. Şirlətlər Qrupunun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, üç gün davam edəcək tədbirdə 20-yə qədər sənədli və bədii filmin nümayişi nəzərdə tutulub. “26 fevral” Beynəlxalq Anım Filmlərinin nümayişi ilinə dəvətli ölkələr arasında İran, Türkiyə, Gürcüstan, Ukrayna da var. Festivalda Xocalı soyqırımından bəhs edən, Azərbaycanda və onun sərhədlərindən kənarda çəkilmiş bədii və sənədli filmlərin nümayişi nəzərdə tutulur. Filmlər beynəlxalq münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və iştirakçılar mükafatlandırılacaq. Filmlərin nümayişi fevralın 23-dən başlayaraq 3 gün ərzində Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək. Festivalda Ermənistanın təcavüzü nəticəsində müharibəyə təhrik edilmiş Azərbaycan, işğal altında olan torpaqlar və bu torpaqlardan qovulmuş, vəhşicəsinə qətlə yetirilmiş, təhdidə məruz qalmış insanların faciələrinə həsr olunmuş filmlər nümayiş etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR