Bank Of Baku

Gəncədə 3 yaşlı piyadanı vuran sürücü hadisə yerindən qaçıb

Gəncədə 3 yaşlı piyadanı vuran sürücü hadisə yerindən qaçıb
# 24 fevral 2008 08:35 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov APA. Dünən saat 16:00 radələrində Gəncə şəhəri, Atatürk prospektindəki 147 saylı evin qarşısında 3 yaşlı piyadanı avtomobil vurub. Hadisənin baş verməsinə səbəb azyaşlı Əli Kərimovun böyük bacısının əlindən çıxaraq yola çıxması olub. Gəncə Şəhər Polis İdarəsinin müstəntiqi Siyavuş Sadıxovun verdiyi məlumata görə, sürücü dərhal hadisə yerindən qaçıb. Bu səbəbdən hadisənin kim tərəfindən törədilməsi məlum deyil.
Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsindən verilən məlumata görə, azyaşlı Əli Kərimov şöbəyə kəllə-beyin travması diaqnozu ilə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qalır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR