Bank Of Baku

Qax rayonunda kəndlilərə məxsus fındıq bağlarında güclü yağın baş verib

Qax rayonunda kəndlilərə məxsus fındıq bağlarında güclü yağın baş verib
# 24 fevral 2008 10:26 (UTC +04:00)
Qax. Hafiz Heydərov - APA. Qax rayonunda güclü yanğın hadisəsi baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə ötən gün saat 15:30 radələrində rayonun Qaşqaçay və Tanqıt kənd sakinlərinə məxsus fındıq bağlarında qeydə alınıb. Yerli əhalinin verdiyi məlumata görə, yanğın 10 hektara yaxın ərazini əhatə edib və küləkli hava şəraiti yanğının daha da genişlənməsinə səbəb olub. Yanğının qarşısını almaq üçün isə əraziyə rayon Yanğından Mühafizə İdarəsinin (YMİ) texnikası və canlı qüvvə cəlb edilib. Qax rayon YMİ-dən APA-nın yerli bürosuna bildirilib ki, əraziyə 2 yanğınsöndürən maşın göndərilib və çətinliklə də olsa, yanğının meşə zolağına keçməsinin qarşısını alınıb. Hazırda rayon rəhbərliyi kəndlilərə dəymiş ziyanı hesablayır. İlkin ehtimallara görə, yanğın qəsdən törədilib və bu istiqamətdə araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR