Bank Of Baku

Ağcabədinin Qaraxanlı kəndinə canavarlar hücum ediblər

Ağcabədinin Qaraxanlı kəndinə canavarlar hücum ediblər
# 24 fevral 2008 12:59 (UTC +04:00)
Ağcabədi. Teymur Quliyev-APA. Ağcabədinin Qaraxanlı kəndinə canavarlar hücum ediblər. Kənd sakinlərinin APA-nın Qarabağ bürosuna verdiyi məlumata görə, canavarlar Vəliş Aslanovun şəxsi təsərrüfatında olan uzunqulağı və 2 iti parçalayıblar.
Kənd sakinləri onu da deyiblər ki, son 15-20 gün ərzində canavarlar ətraf kəndlərdə 3 at, 15 qoyun, 2 it və 3 uzunqulaq parçalayıblar. Ağcabədi rayon Baytarlıq İdarəsinin rəisi İradə Ağayeva bildirib ki, rayonun kəndləri işğal olunmuş ərazilərin yaxınlığında olduğundan oradakı meşələrdə olan vəhşi heyvanlar aclıqdan kəndlərə hücum çəkir. İ. Ağayeva kəndlərin nəzarətdə saxlanıldığını, eyni zamanda şəxsi təsərrüfatdakı heyvanlara vəhşi heyvanlar tərəfindən xəstəliklərin yoluxmaması üçün mütəmadi yoxlamalar aparıldığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR