Bank Of Baku

Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğramış “MiQ-29” təyyarəsinin qalıqları və pilotlardan birinin cəsədi Xəzərin dibindən çıxarılıb - YENİLƏNİB

Azərbaycan Hərbi Hava Qüvvələrinin qəzaya uğramış “MiQ-29” təyyarəsinin qalıqları və pilotlardan birinin cəsədi Xəzərin dibindən çıxarılıb - <font color=red>YENİLƏNİB</font>
# 25 fevral 2008 11:59 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, təyyarənin qalıqları və pilotlardan birinin Əfqan Aslanovun cəsədi fevralın 24-də axşam saatlarında Xəzər dənizinin dibindən çıxarılıb. Qara qutunun axtarışları müsbət nəticə versə də, dənizdə hava şəraiti qəflətən dəyişdiyindən digər pilot Fəxrəddin Əsgərovun cəsədini çıxarmaq hələlik mümkün olmayıb. Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, qəzanın səbəbləri barədə əldə edilən hər bir məlumat ictimaiyyətin diqqətinə çatdırılacaq.
Qeyd edək ki, yanvarın 29-da Xızı rayonunun Şurabad kəndi yaxınlığında qəzaya uğramış “MiQ-29” döyüş təyyarəsinin hər iki pilotu - Fəxrəddin Əsgərov və Əfqan Aslanov həlak olub. Təyyarə Ukraynadan 2006-cı ilin sonlarında alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR