Bank Of Baku

Cəlilabad sakininin üzərindən 16 qram heroin götürülüb

Cəlilabad sakininin üzərindən 16 qram heroin götürülüb
# 25 fevral 2008 12:21 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Gəncədə əvvəllər iki dəfə məhkum olunmuş Cəlilabad rayon sakininin üzərindən 16 qram heroin götürülüb. Bu barədə APA-nın Qərb bürosuna Gəncə şəhər Polis İdarəsinin müstəntiqi Təvəkkül Həsənov məlumat verib. Onun sözlərinə görə, 1971-ci il təvəllüdlü, Cəlilabad rayon sakini Nadir Şahüseyn oğlu Qasımov üzərinə baxış keçirilən zaman onun cibindən narkotik vasitə aşkarlanıb. Nadir Qasımov heroini Cəlilabad rayonunda yerləşən istirahət parkına gedən zaman yol kənarından tapdığını deyib. O, Gəncəyə iş tapmaq məqsədi ilə gəldiyini, heroini isə istifadə etmək məqsədi ilə gətirdiyini bildirib. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə cinayət işi açılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR