Bank Of Baku

Azərbaycan paytaxtında itkin düşən iki qız tapılıb

Azərbaycan paytaxtında itkin düşən iki qız tapılıb
# 27 fevral 2008 10:10 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Xətai rayonu ərazisində itkin düşmüş hesab olunan 1992-ci il təvəllüdlü Jalə Aydın qızı Heybətova və 1993-cü il təvəllüdlü Vüsalə Ələddin qızı Murquzova bu gün səhər tapılıblar. Xətai rayon Polis İdarəsinin 37-ci polis bölməsindən APA-ya verilən məlumata görə, adıçəkilən qızların qohumlarının evində olduğu müəyyənləşdirilib.
Qeyd edək ki, qohum olan J. Heybətova ilə V. Murquzova fevralın 25-də birlikdə evdən çıxıblar və geri qayıtmayıblar. Bundan sonra qızların valideynləri polisə müraciət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR