Bank Of Baku

Azərbaycan sənətçiləri Xocalı soyqırımının ildönümü günü İsraildə konsert veriblər

Azərbaycan sənətçiləri Xocalı soyqırımının ildönümü günü İsraildə konsert veriblər
# 27 fevral 2008 10:16 (UTC +04:00)
APA-nın məlumatına görə, dünən İsraildə konsert proqramı ilə çıxış edən sənətçilər - Nadir Qafarzadə, Ruhəngiz Allahverdiyeva, Aşıq Zülfiyyə və İlqar adlı müğənnidir. Hazırda İsraildə olan Nadir Qafarzadə APA-ya açıqlamasında bu faktı qismən təsdiqləyib: “Biz fevralın 26-sı günü restoran açılışına dəvət olunsaq da, açılışda iştirakdan imtina etdik. Yerli vaxtla gecə saat 24.00-dan sonra həmin restorana gedib çıxış etdik. Fevralın 26-da isə gün ərzində bu ölkədə keçirilən Xocalı soyqırımının ildönümü ilə bağlı bir neçə anım tədbirlərinə qatılmışıq. Bu faktı burada olan hər bir kəs təsdiqləyə bilər. Fevralın 27-də çıxışımız isə konsert olmayıb, sadəcə hərəyə bir mahnı oxumuşuq”.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya açıqlamasında baş verən hadisəni pisləyib: “Bütün Azərbaycan ictimaiyyəti XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı gününü matəm kimi qeyd edir. Mədəniyyət və Turizm Nazirliyi də həmin günlə əlaqədar silsilə tədbirlər, sərgilər keçirir. Dövlət səviyyəsində faciəmizi beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaq üçün dünyanın bir çox ölkələrində anım tədbirləri keçirilir. Əgər belə bir hal baş veribsə, bunu qətiyyətlə pisləyirik. Azərbaycan mədəniyyətini və incəsənətini təbliğ edən hər bir kəs bu hərəkəti etməli deyil. Bu addımı atmağa onların mənəvi haqları yoxdur”. İ. Hümbətov deyib ki, məsələ ilə bağlı dəqiqləşdirmə aparılacaq və bu hal təsdiqləndiyi təqdirdə, həmin sənətçilərlə bağlı lazımi ölçü götürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR