Bank Of Baku

Zaqatala kəndlərindən biri canavarların hücumuna məruz qalıb

Zaqatala kəndlərindən biri canavarların hücumuna məruz qalıb
# 28 fevral 2008 14:36 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Zaqatalanın Danaçı kəndi canavarların hücumuna məruz qalıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, kənd sakini Mikayıl Həlləyevin şəxsi təsərrüfatına hücum edən canavarlar 4 baş xırda buynuzlu heyvanı parçalayıblar. Hadisə barədə rayon Baytarlıq İdarəsinə məlumat verilib və parçalanmış heyvanlar baytar həkimlərin nəzarəti ilə xüsusi şəraitdə basdırılıb. Olaydan sonra ovçular 2 canavar və 5 çaqqalı məhv ediblər.
Qeyd edək ki, son bir ayda Zaqatalanın Qımır kəndində canavarlar 50-dən çox heyvanı parçalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR