Bank Of Baku

Azərbaycandakı neft şirkətlərindən birində çalışan Böyük Britaniya vətəndaşı 30 il əvvəl ölkəsində törətdiyi əməllərə görə həbs olunub

Azərbaycandakı neft şirkətlərindən birində çalışan Böyük Britaniya vətəndaşı 30 il əvvəl ölkəsində törətdiyi əməllərə görə həbs olunub
# 28 fevral 2008 15:09 (UTC +04:00)
Prokuror müavini bildirib ki, İngiltərə vətəndaşı 1975-77-ci illərdə ölkəsində seksual xarakterli hərəkətlər edib. O, buna görə də İnterpol vasitəsilə axtarışda olub. E. Sultanov onu da deyib ki, İngiltərə vətəndaşının Azərbaycanda hər hansı cinayət hadisəsi törətməsi müəyyən edilməyib. Onun sözlərinə görə, hazırda İngiltərə vətəndaşının ölkəsinə ekstradisiya olunması məsələsi müzakirə mövzusudur.
Qeyd edək ki, O`Brayan Böyük Britaniyadan səlahiyyətli məhkəmənin qərarı və onun təslim edilməsi barədə Azərbaycanın Ədliyyə Nazirliyinə daxil olan sorğu əsasında saxlanılıb.
Agentliyin hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumatlara görə isə P. O`Brayan Azərbaycanda fəaliyyət göstərən nüfuzlu neft şirkətlərindən birinin əməkdaşı olub. O, elə işlədiyi ünvanda da saxlanılıb. Onun saxlanılması üçün heç bir xüsusi əməliyyat təşkil olunmayıb, sadəcə, polislər gəlib və o, işlədiyi şirkətdə saxlanılıb. İngiltərə vətəndaşı Bakıda gizli fəaliyyətlə də məşğul olmayıb. P. O` Brayan ifadəsində Böyük Britaniyada axtarışda olması barədə məlumatlardan xəbərsiz olduğunu deyib və hər hansı cinayət törətmədiyini qeyd edib. O, həmçinin Böyük Britaniyada onun barəsində axtarış elan edən orqanı məhkəməyə verəcəyini də deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR