Bank Of Baku

Azərbaycanın Füzuli rayonunda partlayış baş verib, yaralananlar var - YENİLƏNİB

Azərbaycanın Füzuli rayonunda partlayış baş verib, yaralananlar var - <font color=#FF0000>YENİLƏNİB</font>
# 29 fevral 2008 08:17 (UTC +04:00)
APA-nın məlumatına görə, kənd sakini Sabir Məmmədovun həyətində qumbaranın partlaması nəticəsində həyat yoldaşı Xədicə Abbasova və oğlu Namiq Məmmədov yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Kənd sakinlərinin bildirdiyinə görə, hadisə həyətyanı sahədə toplanmış zibil yandırılarkən baş verib.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) faktı təsdiqləyiblər. ANAMA-nın mətbuat xidmətindən APA-ya bildirilib ki, həyətyanı sahədə təmizlik işi aparılarkən baş verən partlayış nəticəsində 1979-cu il təvəllüdlü Məmmədov Namiq Sabir oğlu və 1952-ci il təvəllüdlü Abbasova Xədicə İsa qızı xəsarət alıblar. N. Məmmədov hər iki əli və çənə nahiyəsindən, X. Abbasova isə sağ ayağı və kürək nahiyəsindən qəlpə yaraları alıb. Dərhal Füzuli rayon Bala Bəhmənli xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyəti kritik deyil. Hal-hazırda ANAMA-nın Tədqiqat Qrupu ərazidə araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR