Bank Of Baku

Naməlum şəxslər müğənni Xatirə İslamın maşınını cızıb, təkərlərini deşib, avtomobilin üstünə isə “Nata yek” sözlərini yazıblar - FOTOSESSİYA

Naməlum şəxslər müğənni Xatirə İslamın maşınını cızıb, təkərlərini deşib, avtomobilin üstünə isə “Nata yek” sözlərini yazıblar - <font color=#FF0000>FOTOSESSİYA</font>
# 29 fevral 2008 12:28 (UTC +04:00)
Maşına xəsarət yetirən şəxslər avtomobilin üstünə “Nata yek” sözlərini yazıblar. Xatirə İslam APA-ya açıqlamasında son vaxtlar naməlum şəxslərin onu telefonla hədələdiyini bildirib, baş verən hadisədə müğənni Natəvan Həbibini təqsirləndirib: “Bunu onun adamları edib. “Nömrə 1” yarışmasında Natəvan Həbibi ilə rəqib olandan sonra zəng edib məni hədələyirlər. Ancaq mən heç kimdən qorxmuram. Bir evim, bir maşınım var, istəyirlərsə, gəlib hər ikisinin yandırsınlar. Geri çəkilməyəcəyəm, Natəvan Həbibi ilə sonadək mübarizə aparacağam”. Müğənni faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini söyləyib. Xatirə İslamın anası Nüşabə Kamal isə bu gün kiçik oğlunu məktəbə buraxmadığını deyib: “Qorxuram ki, oğluma nəsə edərlər. Əgər Xatirə yarışda Natəvana uduzsa, deməli ona yox, hansısa məmurun oğluna uduzmuş olacaq”.
Qeyd edək ki, “Nömrə 1” yarışmasında bu axşam Xatirə İslam Natəvan Həbibi ilə dueldə qarşılaşacaq. Məsələyə Natəvan Həbibinin münasibətini öyrənmək mümkün olmayıb.




















1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR