Bank Of Baku

Rusiyada narkotik vasitə satışında günahlandırılan Azərbaycan vətəndaşı istintaqdan qaçıb

Rusiyada narkotik vasitə satışında günahlandırılan Azərbaycan vətəndaşı istintaqdan qaçıb
# 29 fevral 2008 15:49 (UTC +04:00)
Kaluqa APA. Rusiyanın Kalujsk vilayətində narkotik maddə satışı ilə məşğul olan cinayətkar dəstənin üzvlərinə hökm oxunub. APA-nın məlumatına görə, dəstə üzvləri - Mark Rakovski 8 il, Aleksey Romankin və Aleksandr Fyodorov 8,5 il müddətinə azadlıqdan məhrum ediliblər, Adil Abdinbəyov adlı Azərbaycan vətəndaşı isə qaçıb və hazırda axtarışdadır. İstintaq materiallarına əsasən Kaluqada taksi sürücüsü işləyən A. Fyodorov Tula vilayəti ərazisində A. Abdinbəyovdan sintetik narkotik vasitə olan trimetilfentanil alaraq A. Romankin və M. Rakovski vasitəsilə realizə edirmiş. Narkotiklər M. Rakovskinin evində saxlanılıb və o, A. Romankinlə birlikdə geniş istehlak şəbəkəsi yaradıb. Şəbəkədə tələbələr, iş adamları, hətta bir idmançı da olub. Trimetilfentanilin 1 dozası 1200 rubla satılırmış. Təhqiqat zamanı dəstə üzvlərinin törətdiyi 7 ağır cinayətin üstü açılıb. 41 yaşlı A. Abdinbəyov haqqında başqa yerə getməmək haqda qətimkan tədbiri seçilsə də, o, qaçmağa nail olub. Azərbaycan vətəndaşı barəsində federal axtarış elan edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR