Bank Of Baku

Fövqəladə Hallar Nazirliyi Salatın Əsgərova küçəsində baş verən qəza hadisəsi ilə bağlı açıqlama yayıb

Fövqəladə Hallar Nazirliyi Salatın Əsgərova küçəsində baş verən qəza hadisəsi ilə bağlı açıqlama yayıb
# 02 mart 2008 11:14 (UTC +04:00)
Nazirliyin ictimaiyyətlə əlaqələr idarəsindən APA-ya daxil olan məlumata görə, martın 1-də sözügedən ünvanda qəza hadisəsi baş verib. Hadisədən dərhal sonra FHN-in əməkdaşları Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birlikdə baş vermiş qəzanın səbəblərini araşdırıb. Araşdırmalar nəticəsində məlum olub ki, həmin ünvanda keçən əsrin əvvəllərindən tikilmiş və hazırda uzun müddət təmirsiz istismar nəticəsində qeyri-qənaətbəxş texniki vəziyyətdə olan ikimərtəbəli yaşayış evlərinin qarşısında primitiv şəkildə tikinti normalarına əməl edilmədən, keçid eyvanlarının üstündə inşa edilən, sanitar qovşağının döşəməsinin metal konstruksiyasının korroziyaya uğraması səbəbindən eyvan uçub. Nəticədə həmin həyətdə yaşayan Nazilə Qasımova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Müəyyən olunub ki, baş verən hadisənin hər hansı tikinti işləri ilə əlaqəli olması haqda fikirlər tam əsasızdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR