Bank Of Baku

Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində zabit özünü güllələyib

Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində zabit özünü güllələyib
# 03 mart 2008 07:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Silahlı Qüvvələrinin Ağdam rayonunda yerləşən N saylı hərbi hissəsində intihar hadisəsi baş verib. APA-nın Qarabağ bürosunun məlumatına görə, xidməti silahı ilə özünü vuran zabit Sarıcalı hərbi hospitalına yerləşdirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu faktı təsdiqləyib. E. Sabiroğlu APA-ya bildirib ki, özünü xidməti silahı ilə vurmuş leytenant Allahverdiyev Elman Kamandar oğlu 1984-cü ildə anadan olub. Hərbi xidmətə Şəmkir Rayon Hərbi Komissarlığından çağırılıb. E. Sabiroğlunun sözlərinə görə, hadisə xidmətdən kənar məsələlərlə əlaqədar baş verib. Hazırda faktla bağlı Hərbi Prokurorluq tərəfindən araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR