Bank Of Baku

Əli Bayramlıda ailə münaqişəsi zəminində cinayət törədilib

Əli Bayramlıda ailə münaqişəsi zəminində cinayət törədilib
# 03 mart 2008 09:20 (UTC +04:00)
Əli Bayramlı. Əlibəy Zeynalov-APA. Əli Bayramlıda ailə münaqişəsi zəminində cinayət törədilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Əli Bayramlı Şəhər Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini, polis mayoru Yaqub Məmmədov məlumat verib. Onun sözlərinə görə, bu gün səhər saatlarında 1977-ci il təvəllüdlü Ramin Bibiqulu oğlu Həsənov ailə münaqişəsi zəminində gəlinləri 1983-cü il təvəllüdlü Lalə Nəriman qızı Həsənovaya bıçaqla ağır xəsarət yetirib. Yaralı dərhal Əli Bayramlı şəhər xəstəxanasına çatdırılıb və əməliyyat olunub. Həkimlərin sözlərinə görə, yaralının vəziyyəti orta ağırdır. Faktla bağlı Əli Bayramlı Şəhər Polis Şöbəsində cinayət işi açılıb, tədqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR