Bank Of Baku

Azərbaycan paytaxtının mərkəzindəki parkda ağaclar kütləvi şəkildə kəsilir

Azərbaycan paytaxtının mərkəzindəki parkda ağaclar kütləvi şəkildə kəsilir
# 03 mart 2008 15:58 (UTC +04:00)
Bakı. Məhbubə Qasımbəyli-APA. Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 15 saylı binanın qarşısında yerləşən parkda ağacları kütləvi şəkildə kəsirlər. Adı çəkilən bina sakinlərindən APA-ya daxil olan müraciətdə bildirilir ki, ağaclar həmin ərazidə yeni hündür mərtəbəli binanın tikilməsi ilə səbəbilə kəsilir: “Burada hər hansı bir bina inşa edilsə, bu, yaşayış binasının qarşısının kəsilməsi ilə yanaşı ərazidə yaşayan sakinlər üçün əlavə problemlər yaradacaq. Hələ sovet dövründə inşa edilən yaşayış binasının yerləşdiyi ərazidə, kommunikasiya xətləri də plan üzrə quraşdırılıb. Bundan əlavə binanın qarşısındakı parkda ağacların kəsilməsi ərazidə ekoloji tarazlığın pozulması ilə nəticələnəcək”. Müraciət müəllifləri qeyd ediblər ki, Nəsimi rayon İcra Hakimiyyəti, Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsi baş verənlərə göz yumur. Qeyd edək ki, APA-nın adları çəkilən instansiyaların mövqeyini öyrənmək cəhdləri nəticəsiz qalıb. Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyindən isə APA-ya qeyd edilən faktdan xəbərsiz olduqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR