Bank Of Baku

Azərbaycanın rayonlarından birində anasına xəsarət yetirən şəxs yaxalanıb

Azərbaycanın rayonlarından birində anasına xəsarət yetirən şəxs yaxalanıb
# 03 mart 2008 16:26 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Şəkinin Kiş kəndində anasını döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirən Anar Qafarov yaxalanıb. Şəki şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə dünən axşam saatlarında olub. Sərxoş vəziyyətdə evlərinə gələn A. Qafarov anasının tənbehlərinə dözməyərək onu döyüb. Nəticədə Arzu İsayeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı (sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR