Bank Of Baku

Maştağa sakini intihar edib

Maştağa sakini intihar edib
# 04 mart 2008 12:06 (UTC +04:00)
Bakı. Samir Kazımlı-APA. Martın 3-də Əzizbəyov rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalı küçəsi, ev 107-də yaşayan 1967-ci il təvəllüdlü Əlihüseyn Sabir oğlu Novruzov yaşadığı mənzildə özünü asaraq öldürüb. Sabunçu rayon prokurorun köməkçisi Əli Eyvazovun APA-ya verdiyi məlumata görə, araşdırma zamanı hadisənin ailə münaqişəsi zəminində baş verdiyi məlum olub: “Hadisə zamanı Əlihüseyn Novruzov evdə tək olub. O, təxminən 500 qram spirtli işçi qəbul etdikdən sonra özünü asıb. İlkin versiyaya görə, mərhumun həyat yoldaşı ilə münasibətlərində problem olub. Hazırda intiharla bağlı prokurorluqda araşdırma aparılır” Ə. Eyvazov bildirib ki, cinayət işinin başlanıb-başlanmayacağına ekspertizanın rəyindən sonra qərar veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR