Bank Of Baku

Bu ilin iki ayında Azərbaycan paytaxtında 167 yol-nəqliyyat hadisəsi qeydə alınıb

Bu ilin iki ayında Azərbaycan paytaxtında 167 yol-nəqliyyat hadisəsi qeydə alınıb
# 04 mart 2008 12:42 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu il yanvarın 1-dən fevralın 23-dək Bakıda 167 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 28 nəfər ölüb, 212 nəfər yaralanıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin nəqliyyatda təhlükəsizliyin təbliği və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov APA-ya bildirib ki, 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələri azalıb. Onun sözlərinə görə, bu müddətdə paytaxtda yol hərəkəti qaydalarını pozan 64212 sürücü barəsində inzibati qaydada protokol tərtib olunub, 42696 sürücü isə məsuliyyətə cəlb edilib. Sərxoş halda 3549, qırmızı işıqda keçən 2006, sürət həddini aşan 1745, avto-xuliqanlıq edən 76 sürücü müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR