Bakıda güclü külək nəticəsində qırılaraq yola aşan ağac hərəkətə maneə yaradıb - FOTO

Bakıda güclü külək nəticəsində qırılaraq yola aşan ağac hərəkətə maneə yaradıb  - FOTO
# 23 may 2020 22:24 (UTC +04:00)

Bakının Səbail rayonunun Lermentov küçəsində külək ağacı gövdəsindən qıraraq yol aşırıb.

APA xəbər verir ki, nəticədə yolda avtomobillərin hərəkətinə maneə yaranıb.

Rayonun Mənzil İstismar Sahəsinin əməkdaşları tərəfindən tədbirlər görülərək hərəkət bərpa edilib.

Ağacın qırılması nəticəsində yaxınlıqdan keçən elektrik naqilləri də zədələnib. Müvafiq tədbirlər nəticəsində problem aradan qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR