Xızıda altı nəfər narkotiklə tutulub

Xızıda altı nəfər narkotiklə tutulub
# 30 yanvar 2020 11:25 (UTC +04:00)

Xızı rayonunda narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli bilinən altı nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba rayonunda regional qrupundan APA-ya verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar - 45 yaşlı Gülağa İmanbaxışov və “Qəzi” ləqəbli 34 yaşlı Qəzənfər Mobilov, həmçinin 36 yaşlı Rövşən Qurbanov, 48 yaşlı Əlimirzə Rəsulov, 30 yaşlı Zülfüqar və 38 yaşlı Samir Qurbanovlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Onların üzərilərinə baxış keçirilən zaman Gülağa İmanbaxışovdan küllü miqdarda, təmiz çəkisi 475 qram təşkil edən qurudulmuş marixuana, digər beş nəfərdən isə istehlak miqdarından çox narkotik maddə olan heroin və marixuana aşkar olunub.

Qeyd olunan faktlarla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR