Bank Of Baku

Abşeronda evdən 10 000 manatlıq oğurluq olub, kirayədə qalan şəxs tutulub

Abşeronda evdən 10 000 manatlıq oğurluq olub, kirayədə qalan şəxs tutulub
# 28 dekabr 2024 11:58 (UTC +04:00)

Abşeron rayonu Mehdiabad qəsəbəsində evlərin birindən 10 000 manat dəyərində məişət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.

APA DİN-ə istinasən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, həmin evdə kirayədə yaşayan, əvvəllər məhkum olunmuş E.Zöhrabov müəyyən olunaraq saxlanılıb.
Keçirilən digər tədbirlərlə rayon ərazisində marketlərin birindən 3300 manat dəyərində tütün məmulatı, 270 manat dəyərində kameranın yaddaş qurğusu və ödəmə terminalından 6705 manat oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar Ə.Məmmədov, F.Əliyev və F.Ovçiyev də müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR