Ağdaşda azyaşlı kanalda boğulub

Ağdaşda azyaşlı kanalda boğulub
# 21 iyun 2024 18:48 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağdaş şəhərində bir nəfər azyaşlının su kanalında batması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Aran Regional Mərkəzinin xilasediciləri tərəfindən kanalda batmış 2018-ci il təvəllüdlü Musayev Adəm İsfəndiyar oğlunun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR