Bank Of Baku

Anasını və bacısını öldürüb Rusiyaya qaçan şəxsin cəzası azaldılıb - VİDEO

Anasını və bacısını öldürüb Rusiyaya qaçan şəxsin cəzası azaldılıb - VİDEO
# 03 mart 2023 12:33 (UTC +04:00)

Anasını və bacısını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Murad Niftizadə barəsindəki hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

APA-nın əldə etdiyi xəbərə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə baxılan iş üzrə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Qərara əsasən, Murad Niftizadəyə təyin olunmuş 20 il həbs cəzası 18 ilə endirilib.

Hökmün qalan hissəsi qüvvədə saxlanılıb.

Qeyd edək ki, Murad Niftizadə 2019-cu ildə Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qətlə yetirib. O, hadisədən dərhal sonra mühakimə olunmaqdan yayınaraq Rusiyaya gedib.

Murad Niftizadə barəsində Cinayət Məcəlləsinin 120.2.4 (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri cinayət işi başlanılıb, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.

Murad Niftizadə 2021-ci il oktyabrın 17-də Rusiyada həbs olunub, Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında 2022-ci il mart ayında Azərbaycana ekstradisiya olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Murad Niftizadə 20 il müddətinə azadlıqdan məhrum edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR