Bank Of Baku

Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB
# 16 iyul 2026 20:08 (UTC +04:00)

Bakı şəhəri, Xətai rayonunda açıq ərazidə baş verən yanğın söndürülüb.

APA xəbər verir ki, əraziyə cəlb olunan yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb.



***
16:32

Bakıda açıq ərazidə yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR