Aramsız leysan yağışları Araz çayında suyun səviyyəsini artırıb - FOTO

Aramsız leysan yağışları Araz çayında suyun səviyyəsini artırıb  - FOTO
# 27 iyun 2024 20:10 (UTC +04:00)

Ölkə xaricində və daxilində yağan aramsız leysan yağışları Araz çayında suyun səviyyəsini artırıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, yağan leysan yağışlar Araz çayında suyun səviyyəsini yüksəldib. Çayda suyun tənzimlənməsi istiqamətində Araz çayı üzərində yerləşən Bəhrəmtəpə Hidroqovşağında ötürücü qapıların vasitəsi ilə çayda suyun səviyyəsinin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilib.

Bəhrəmtəpə Hidroqovşaq İstismarı İdarəsindən verilən xəbərə görə, Araz çayının qolları olan dağ çaylarındakı su artımı və leysan yağıntılar çayda suyun artmasına səbəb olub.

Səhər saatlarında Arazda suyun sürəti saniyədə 400 kubmetr təşkil edib. Hidroqovşağda tənzimləyici şlyüzlərin vasitəsi ilə normadan artıq olan izafi sular suvarma kanallarına, digər bir hissəsi isə çay yatağına buraxılıb.

Hazırda çayda suyun sürəti saniyədə 120 kubmetrə qədər endirilib. Qeyd edək ki, hidroqovşaqda 6 ədəd su ötürücü qapı vasitəsi ilə saniyədə 2700 kubmetr suyun buraxılması və nizamlanması mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR