Arvadını iplə boğaraq öldürməyə görə tutulan şəxsin məhkəməsi başlayır

Arvadını iplə boğaraq öldürməyə görə tutulan şəxsin məhkəməsi başlayır
# 20 iyun 2024 17:08 (UTC +04:00)

Arvadını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Qobustan rayon prokurorluğundan APA-ya verilən məlumata görə, bu il martın 2-də Qobustan rayonu ərazisində 1982-ci il təvəllüdlü Günel Cabbarovanın qəsdən öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 1973-cü il təvəllüdlü Mürsəl Cabbarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Günel Cabbarovanı iplə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Mürsəl Cabbarova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilərək barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorunun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR