Astarada azyaşlı piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA - nın cənub bürosunun verdiyi məlumata görə, Astara rayon ərazisində hərəkətdə olan minik avtomobili, rayonun Şahağacı kənd sakini 2015-ci il təvəllüdlü T.İ - ni vurub. Azyaşlı xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.
Qapalı kəllə-beyin travması diaqnozu reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.