Bank Of Baku

Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri Vaqif Hüseynov vəfat edib

Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri Vaqif Hüseynov

© APA | Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin keçmiş sədri Vaqif Hüseynov

# 04 iyun 2024 20:53 (UTC +04:00)

Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri olmuş (1989–1991) Vaqif Hüseynov vəfat edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə "Moskovskiy Komsomolets" qəzeti məlumat yayıb.

Bildirilib ki, Vaqif Hüseynov ömrünün 82-ci ilində dünyasını dəyişib.

Qeyd edək ki, Vaqif Hüseynov 27 noyabr 1942-ci ildə Quba şəhərində anadan olub.

Orta təhsilini başa vurduqdan sonra 1961–1964-cü illərdə SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib.

1971-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Ali təhsilini başa vurduqdan sonra jurnalist kimi bir sıra mətbu orqanlarda — "Sport", "Molodyoj Azerbaydjana", "Olimpiyskaya Panorama" qəzetlərində, o cümlədən Azərbaycan televiziyasında fəaliyyət göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR