Bakı Dairəvi yolunda lampa daşıyan yük avtomobili yanıb.
APA xəbər verir ki, hadisə zamanı avtomobilin sürücüsü yüngül dərəcəli xəsarət alıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Hadisə səbəbindən yolda ağır tıxac yaranıb.
Faktla bağlı araşdırma aparılır.