Bank Of Baku

Bakı Dövlət Sirkinin səhnəsində təhlükəli anlar yaşanıb - YENİLƏNİB - VİDEO

Bakı Dövlət Sirkinin səhnəsində təhlükəli anlar yaşanıb - YENİLƏNİB  - VİDEO
# 04 mart 2023 19:08 (UTC +04:00)

Sosial şəbəkərlərdə Bakı Dövlət Sirkində tamaşa zamanı heyvanların aqressiv davranışının qorxulu anlara səbəb olması ilə bağlı görüntülər yayılıb.

Məsələ ilə bağlı Bakı Dövlət Sirkindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sirkdə səhnə ilə tamaşaçılar arasında qoruyucu sərhəd var. Ona görə də sözügedən hadisə zamanı tamaşaçılar üçün hər hansısa təhlükə olmayıb.

Həmçinin qeyd olunub ki, heyvanların aqressiv reaksiya verməsinə səbəb tamaşaçılardan birinin tamaşa boyu lazer vasitəsilə onların gözünə işıq salması olub.

"Bir daha Bakı Dövlət Sirkinin tamaşaçılarından xahiş olunur ki, sirkdə tamaşa zamanı heyvanları bu cür qıcıqlandıracaq hərəkətlərə yol verilməsin".

O da əlavə olunub ki, heyvanların bu cür aqressiv hərəkəti ilk dəfə baş verib.

***

17.57

Bakı Dövlət Sirkində qorxulu anlar yaşanıb.

APA xəbər verir ki, "Son 20 ilin ən möhtəşəm sirk şousu - DZİVA"nın nümayişi zamanı şir və pələnglər aqressivlik nümayiş etdiriblər. Hətta izləyicilər arasından yerindən qalxıb qaçanlar da olub.

Təlimçilərin dərhal reaksiyası nəticəsində təhlükənin qarşısı alınıb.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR