Bank Of Baku

Bakıda orta məktəbin yaxınlığında 17 yaşlı oğlanı cərəyan vuraraq öldürüb, araşdırma aparılır - YENİLƏNİB-1

Bakıda orta məktəbin yaxınlığında 17 yaşlı oğlanı cərəyan vuraraq öldürüb, araşdırma aparılır - YENİLƏNİB-1
# 30 iyul 2024 14:44 (UTC +04:00)

Bakıda şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə araşdırma aparılır.

Bu barədə APA-ya Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Qeyd olunub ki, iyulun 29-da paytaxtın Xətai rayonu ərazisində 2006-cı il təvəllüdlü Elmir Qəhrəmanovun 245 saylı orta məktəbin həyətinə hasardan daxil olmaq istəyərkən elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı üzrə Xətai rayon prokurorluğunda araşdırma aparılır.

***

13.45

İyulun 29-da saat 20:40 radələrində Xətai rayonu Cavanşir küçəsində yerləşən 245 saylı tam orta məktəbin yaxınlığında təxminən 17-18 yaşlı gənci elektrik cərəyanı vurub.

Bu barədə 245 saylı tam orta məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, məktəbin gözətçisi kənardan gələn səs-küyə küçəyə çıxaraq hadisənin şahidi olub və dərhal təcili tibbi yardıma müraciət edib:

"Həmin gənc məktəbin şagird kontingentinə daxil deyil və bununla bağlı yayılan məlumatlar yanlışdır".

Yetər Kərimli

***

08.27

Bakıda 17 yaşlı gənc oğlanı elektrik cərəyanı vurub.

APA xəbər verir ki, hadisə Əhmədli qəsəbəsində, 245 nömrəli məktəbin yanında qeydə alınıb.

TƏBİB-dən APA-ya verilən xəbərə görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 29.07.2024-cü il tarixində saat 20:45 radələrində təcili tibbi yardımın bölməsinə cərəyan vurma səbəbilə gətirilən 17 yaşlı şəxsin (kişi cinsli) müraciəti daxil olub.

Təcili tibbi yardım briqadası tərəfindən şəxsin həkiməqədər ölümü qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR