Bank Of Baku

Bakıda idman arenasından 30 min manatlıq mis kabel oğurlanıb, bağban saxlanılıb

Bakıda idman arenasından 30 min manatlıq mis kabel oğurlanıb, bağban saxlanılıb
# 12 iyun 2024 10:50 (UTC +04:00)

İyunun 4-də Səbail rayonunda yerləşən idman arenalarından birindən 30.000 manat dəyərində 1200 metr mis kabelin oğurlanması barədə polisə məlumat daxil olub.

APA DİN-ə istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Kamran Abduhəlimli müəyyən olunaraq saxlanılıb.
Qeyd edilib ki, həmin şəxs oğurluq olan məkanda bağban işləyib.
Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR