Bakıda mikroavtobusda yanğın baş verib - YENİLƏNİB-1

Bakıda mikroavtobusda yanğın baş verib - YENİLƏNİB-1
# 18 iyun 2024 14:04 (UTC +04:00)

Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Excelsior" otelin qarşısıda mirkoavtobusda yanğın baş verməsi səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

***

13:50

Heydər Əliyev prospektində yanan avtomobil söndürülüb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Heydər Əliyev prospektində avtomobildə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub:

"Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb".

***

13:39

Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Excelsior" otelin qarşısıda mikroavtobusda yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR